İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi

itv-nin-yayim-surasina-yeni-uzvler-secildi
Oxunma sayı: 1125

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında məsələyə baxılıb.

“Qafqazinfo” xəbər verir ki,  Yayım Şurasının boş qalan 3 yerinə 5 nəfərin namizədliyi irəli sürülüb. 

Yəni, idman federasiyaları tərəfindən Yusif Babanlı ilə Orxan Muxtarovun, dini konfessiyalardan Salman Musayevin, yaradıcılıq təşkilatlarından Zemfira Qafarova ilə Cəmilə Həsənovanın namizədlikləri irəli sürülüb. 

Millət vəkilləri tərəfindən məsələyə baxılaraq, Yayım Şurasının üzvlüyünə Y. Babanlı, S. Musayev və Z. Qafarova seçilib.

Günel Türksoy