İTV xarici telekanalla yeni müqavilə imzaladı

itv-xarici-telekanalla-yeni-muqavile-imzaladi
Oxunma sayı: 632

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sənəd iki kanal arasında ictimai yayımçılığın bütün sahələrini əhatə edən əməkdaşlığı nəzərdə tutur.

“Bolqarıstan Milli Televiziyası” Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə əməkdaşlıqda çox maraqlıdır. Bolqarıstan Milli Televiziyasının direktoru Vyara Ankova Azərbaycan İctimai televiziyanın kollektivi ilə görüşündə Avropa Yayımları Birliyinə üzv olan hər iki kanalın əməkdaşlığı xalqlar arasında mövcud ələqələrin bundan sonra da uğurla inkişafına öz tövhəsini verəcəyini deyib: “Bu müqaviləni imzaladığımız üçün çox şadam. Çünki, hər iki kanal Avropa Yayımları Birliyinin üzvüdür. Düşünürəm ki, bu əməkdaşlıq sayəsində bir çox uğurlu layihələrə imza atacağıq. Sizin televiziyanın kollektivi ilə də tanış oldum, sevindiricidir ki, kollektivdə gənclər üstünlük təşkil edir. Eyni zamanda, studiyalarınızı gəzdim, bütün avadanlıq yenidir və müasirdir. Proqramlarınızı da çox bəyəndim. Bütün bunlar məni heyrətləndirdi”. Fəaliyyət göstərdiyi 7 ildə Azərbaycan İctimai Televiziyasının böyük uğurlara imza atdığının şahidi olduğunu bildirən Vyara Ankova kanallar arasında əməkdaşlıq sahəsində əhəmiyyətli layihələrin reallaşacağına da əminlik ifadə edib. Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini də vurğulayan Vyara Ankova Bakıda keçirilən beynəlxalq forumun əhəmiyyətinə də toxunub: “Ölkənizi çox sevdim. İnsanları, memarlığı diqqətimi çəkdi. Çox qonarpərvərsiniz. Ən əsası isə, dünyada problemlərin çox olduğu bir vaxtda Bakıda beynəlxalq humanitar forumun keçirilməsi mənim bu fikirlərimi bir daha təsdiqlədi. Hesab edirəm ki, bu forum humanitar sahədə çox ciddi addımdır. Forum çərçivəsində aparılan müzakirələr ölkələr arasında humanitar əlaqələrin inkişafına müsbət təsir göstərəcək.