IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

iv-azerbaycan-beynelxalq-sigorta-forumu-kecirilecek
Oxunma sayı: 645

Assosiasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, iki gün davam edəcək Forumda “Qafqaz Regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri”, “Kənd təsərrüfatı sığortası – dövlət tənzimləmələri və bazar reallıqları”, “Tibbi sığorta – Köhnə problemlərin yeni həlləri” və “Avtomobil sığortası” panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.
Panellər həm yerli, həm də xarici ekspertlər tərəfindən idarə olunacaq.
Tədbirdə Qafqaz regionunun, həmçinin Türkiyə, Mərkəzi və Cənubi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin 250-dən yuxarı yüksək struktur nümayəndələrinin iştirakı gözlənilir.
Xatırladaq ki, bu, Azərbaycan Sığortaçılar Assosiasiyasının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə təşkil edəcəyi sayca dördüncü Forumdur. 2008, 2011 və 2012-ci illərdə keçirilmiş Forumlarda 20-dən çox ölkədən ümumilikdə 500-dən yuxarı nümayəndə iştirak edib.
Qeyd edək ki, AIIF – Qafqaz regionunda sığorta və təkrarsığorta bazarlarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir.
Forum iştirakçılar arasında interaktiv ünsiyyətə yönəlmiş platforma olub, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Nigar Məmmədli