IV qrupun imtahanına 1000 nəfər gəlmədi, 20 nəfər isə qovuldu

iv-qrupun-imtahanina-1000-nefer-gelmedi-20-nefer-ise-qovuldu
Oxunma sayı: 648

Bu barədə APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, sözügedən abituriyentlər əsasən köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric ediliblər. İmtahan protokollarının ilkin nəticələrinə əsasən, imtahanda iştirak etməli olan 15408 abituriyentdən 1000 nəfər imtahana gəlməyib.

E. Nağızadə deyib ki, imtahan bütün binalarda eyni vaxtda başlayıb və təlimata uyğun keçirilib. Bu gün axşam saatlarında bölmələr və variantlar üzrə imtahanda istifadə olunan sualların düzgün cavabları TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək. Həmçinin “Space” telekanalında yayımlanan “Abituriyent” verilişində də TQDK-nın ekspertləri tərəfindən IV ixtisas qrupunda istifadə edilən sualların düzgün cavabları elan ediləcək. İmtahanın nəticələrinin isə iyulun 30-da elan ediləcəyi gözlənilir.