İvanişvili ABŞ-a da yox dedi

ivanisvili-abs-a-da-yox-dedi
Oxunma sayı: 645

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, səfərin təxirə salınmasına səbəb kimi isə yeni hökumətin işlərinin qaydaya salmaq üçün bir çox məsələlərin vacib həll edilməsi gərəkdiyini deyib: “Mənim çoxlu işlərim var. Onları qaydasına salmaq vacibdir”.

İvanaşvili onu da vurğulayıb ki, onun keçən həftə Brüssellə rəsmi səfəri bir “müəyyən kiçik problemlər” yaradıb və bu səbəbdən də ABŞ səfərini təxirə salmağı qərara alıb: “Mən qərar gəldim ki, səfəri gələn ilə təxirə salım və hesab edirəm ki, o, uzunmüddətli olacaq”.

Nazir onu da qeyd edib ki, noyabrın 29-da ABŞ-a ölkənin xarici işlər naziri səfər edəcək və dövlət katibi Hillari Klintonla görüşəcək.

Qeyd edək ki, İvanışvili ABŞ-dan qabaq Rusiya səfərini təxirə salıb. Buna səbəb kimi isə Rusiyanın hələ də Abxaziya və Osetiyada səfirliklərinin olmasını göstərib.