İvanişvili Azərbaycanla Ermənistanı barışdırmaq istəyir

ivanisvili-azerbaycanla-ermenistani-barisdirmaq-isteyir
Oxunma sayı: 2321

“Qafqazinfo”nun “Haqqin.az”a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan mətbuatı yazıb.

“Məndə Azərbaycanla Ermənistana Rusiya silahlarının satışı haqqında heç bir informasiya yoxdur. Amma mən Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istərdim. Çox təəssüf ki, onlar arasında belə münasibət var”.

Baş nazir eyni zamanda, Bakı –Tiflis – Qars dəmir yolunun tikintisi haqda da fikirlərini bildirib: “Bakı –Tiflis – Qars dəmir yolunun tikintisi davam edir. Layihənin ləngiməsi haqda fikirlər Mixail Saakaşviliyə məxsusdur. Özüm bu layihə ilə maraqlanıram”.