“İvanişvili Gürcüstanı Rusiyadan asılılığa doğru aparır” - Saakaşvili

ivanisvili-gurcustani-rusiyadan-asililiga-dogru-aparir-saakasvili
Oxunma sayı: 638

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezident Mixail Saakaşvili bildirib.

Onun sözlərinə görə, hökumət onun vetosuna baxmayaraq “Rusiya casusları”nı “Amnistiya haqqında” qanun əsasında azadlığa buraxaraq böyük səhv edib.

“Əgər hazırki hökumət və parlament rus casuslarını azadlğa buraxmağı bu qədər çox istəyirdilərsə heç olmasa Rusiya ilə razılaşaraq onları Rusiya həbsxanalarında eyni cinayət maddəsi ilə həbs olunmuş Gürcüstan vətəndaşları ilə dəyişə bilərdilər. Bu qərarla Gürcüstan üçün təhlükələr artmış oldu”.

Mixail Saakaşvili baş nazir Bidzina İvanişvilini ölkənin xarici siyasət vektorunu dəyişərək Gürcüstanı Rusiyadan asılılığa doğru aparmaqda ittiham edib: “Baş nazir Qərb dəyərlərindən imtina edərək casus və agentləri azadlığa buraxmaqla Rusiyaya yönəldiyini sübut etmiş olur. O, həmişə Gürcüstana dəstək olan qərbin hücumlarından danışır. “Amnistiya haqqında” qanun da Gürcüstanda Rusiya təsirinin gücləndirilməsinə görə qəbul olunub”.

Xatırladaq ki, yanvarın 13-də Gürcüstan həbsxanalarından 190 siyasi məhbus azad edilib.