İvanişvili “İçərişəhər”də - Fotolar

ivanisvili-iceriseherde-fotolar
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, qonaq Bakının qədim hissəsi ilə tanışlığı Qız Qalasının qeyri-adi memarlıq xüsusiyyətləri, habelə bu abidədə həyata keçirilən muzey konservasiyası layihəsi barədə dolğun məlumatın verilməsi ilə başlanıb. Daha sonra yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş sənəti ekspozisiyası təqdim edilib. B. İvanişviliyə Bakının orta əsrlər tarixinə aid ticarət əlaqələrindən xəbər verən Buxara və Multanı karvansaraları barədə də informasiya verilib.