İvanişvili ilə baş keşiş arasında - - "Surroqat ana" qalmaqalı

ivanisvili-ile-bas-kesis-arasinda-
Oxunma sayı: 1304


Lent.az-ın “Qruziya online”-yə istinadən məlumatına görə, buna səbəb ölkə baş keşişinin dölün başqa ananın bətnində daşınmasına (döl daşıyan- surroqat ana) etiraz etməsidir.
 
Gürcüstanın baş keşişi II İlya körpəni belə ananın dünyaya gətirməsinə etiraz edərək, belə uşaqları "sevilməyən, yetim və tənha” adlandırıb.
 
İvanişvilinin qənatincə, kilsə bu məsələyə tabu (ehkam) olmamalıdır: “Keşiş də səhv edə, məsələyə münasibət bildirə bilər. Ancaq biz onun rəyi ilə razılaşmaya da bilərik. Bu normaldır, ehkamçılığa ehtiyac yoxdur. Kilsə dərmana qarşı da olub, ancaq bu gün dərmanlardan hər kəs sağalmaq üçün istifadə edir. Bir kişi ilə qadın valideyn ola bilməyəndə, məsələyə tibi müdaxilə edir. Burada mübahisəli məsələ yoxdur".
 
Gürcü kilsəsinin başçısı hesab edir ki, döl daşıyan ananın doğduğu körpə xoşbəxt olmayacaq: “Kilsə sonsuz ailənin uşaq övladlığa götürməsini dəstəkləyir, nəinki belə doğuşu”.