İvanişvili İlham Əliyevi Gürcüstana dəvət edib

ivanisvili-ilham-eliyevi-gurcustana-devet-edib
Oxunma sayı: 643

“Gürcüstanla Azərbaycanı bir-birinə dərin tarixi tellərlə bağlıdır, münasibətlərimiz dostluğa, hörmətə və qarşılıqlı dəstəyə əsaslanır. Mən Gürcüstanın yeni baş naziri kimi əminəm ki, birgə səylərimizlə əlaqələrimizə yeni təkan verəcəyik və ölkələrimiz arasında strateji tərəfdaşlıq xalqlarımızın tərəqqisinə və rifahına, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməklə keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaq.

Dekabrın 26-da Bakıda keçirəcəyimiz ilk görüşü çox böyük səbirsizliklə gözləyirəm. Bu fürsətdən istifadə edərək münasib bildiyiniz vaxtda Sizi Tiflisə dəvət etmək istərdim. Zati-aliləri, bu düşüncələrimlə icazə verin ən yüksək ehtiramımı Sizə çatdırım”, - deyə təbrikdə bildirilir.