İvanişvili ilin son günlərində Bakıya gələcək

ivanisvili-ilin-son-gunlerinde-bakiya-gelecek
Oxunma sayı: 631

Səfərin bu ayın sonlarında baş tutacağı gözlənilir. Gürcüstan baş nazirinin mətbuat xidmətinin rəhbəri Nana Kandiaşvili APA-nın Gürcüstan müxbirinə verdiyi açıqlamada səfərin dekabrın son ongünlüyündə gerçəkləşəcəyini deyib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi dekabrın 25-dən sonra bilinəcək.

Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, səfər dekabrın 26-da baş tutacaq.

Qeyd edək ki, Bidzina İvanişvilinin ABŞ-a səfəri təxirə salındıqdan sonra baş nazir növbəti səfərini Azərbaycana edəcəyini bildirmişdi.