İvanişvili nazirlərin maaşını kəsdi

ivanisvili-nazirlerin-maasini-kesdi
Oxunma sayı: 652

“Qafqazinfo”nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, İvanişvilinin qərarına uyğun olaraq büdcədən hökumət nümayəndələrinə ödəniləcək maaş ötən illərlər müqayisədə xeyli azalacaq və bu informasiya ictimaiyyət üçün tamamilə açıq olacaq:

“Hökumət nazirlərin hər ay və ya ayda bir neçə dəfə özlərinə mükafat yazma kimi keçmiş hakimiyyətin təyin etdiyi təcrübədən imtina edir. Bundan sonra nazirlər hər ay bütün artımlarla bir yerdə 6300 lari (3800 AZN) alacaqlar”.

Baş nazir B.İvanişvili nazirlərə mükafatların yalnız ildə bir dəfə veriləcəyini deyib.