İvanişvili Saakaşvilinin gündəlik xərclərini açıqladı

ivanisvili-saakasvilinin-gundelik-xerclerini-aciqladi
Oxunma sayı: 657

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, İvanişvili hökumətin dünən baş tutan iclasında bəyan edib ki, Mixail Saakaşvilinin büdcə maliyyəsini azaltmaq niyyətindədir.

“Prezidentin, eləcə də Tiflisdəki bəzi tikintilərə ayrılmış anlaşılmaz maliyyə xərclərinin azaldılması qüvvədədir. Biz buna nə qədər qənaət edəcəyiksə, sosial sferaya da bir o qədər kömək etmiş olacağıq. Prezidentin gündəlik xərcləri 150 min lari (90 min dollar) təşkil edir”.

İvanişvili Saakaşvilini malik olduğu bir neçə saray və iqamətgahların çoxluğunda ittiham edərək onun feodal beyinli olduğunu bildirib: “Saakaşvilinin təkcə Kutaisidə iki iqamətgahı var. Biri yeni parlamentdədir və çox böyükdür. İkincisi iqamətgah da Kutaisidə hökumət binasında yerləşir. Bundan başqa, onun Gürcüstanda 6 ya 7 belə iqamətgahı var”.

Xatırladaq ki, Gürcüstanın yeni hökuməti prezident Mixail Saakaşvilinin şəxsi təyyarəsinə ödənişi dayandırıb, onun sarayının işıqlandırılmasına ödənilən xərcləri azaldıb.