İvanişvili Türkiyəyə gedir

ivanisvili-turkiyeye-gedir
Oxunma sayı: 637

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir bu gün keçirdiyi mətbuat konfransında deyib:

“Fevralın 14-ü Türkiyəyə səfər edəcəm…Gürcüstan və Türkiyənin sıx əməkdaşlığı var və bu, davam etməlidir”.

İvanişvili ABŞ-a rəsmi səfər tarixini daha sonra elan edəcəyini deyib.

Qeyd edək ki, bu, İvanişvilinin baş nazir kimi Belçika, Azərbaycan və Ermənistandan sonra dördüncü rəsmi səfəridir.