İvanişvili ucuz qaza görə Azərbaycana təşəkkür etdi

ivanisvili-ucuz-qaza-gore-azerbaycana-tesekkur-etdi
Oxunma sayı: 638

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir bu gün keçirdiyi mətbuat-konfransında çıxışında deyib: “Fürsətdən istifadə edərək qonşu və dost ölkə olan Azərbaycana Gürcüstana yaxşı qiymətə qaz satdığına görə təşəkkür edirəm. Biz qazı həqiqətən də ucuz qiymətlərlə alırıq. Bu bizim dost və biznes əlaqələrimizin nəticəsidir”.

İvanaşvili onu da təəssüflə əlavə edib ki, hökumət əhali üçün qaz tariflərini hiss olunacaq dərəcədə aşağı sala bilmir.

“Qazın qiymətini əhəmiyyətli dərəcədə aşağı salmaq üçün ehtiyatımız yoxdur, hərçənd qazın qiymətini simvolik olaraq azalda bilərik. Biz Azərbaycandan qazı yaxşı qiymətə alırıq, ancaq müxtəlif mürəkkəb səbəblər var ki, bu günə qədər tarifləri aşağı sala bilmədik, indi onları araşdırırıq və tezliklə bunlar cəmiyyət üçün də aydın olacaq”.