İvanişvili xəstəxanaya düşdü

ivanisvili-xestexanaya-dusdu
Oxunma sayı: 641

Gürcüstanın keçmiş baş naziri, oliqarx Bidzina İvanişvili xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun TASS Agentliyinə istinadən məlumatına görə, o, Almaniyanın Münhen şəhərindəki klinikalardan birində müalicə olunur.

Həkimlər oliqarxın ürəyində ciddi narahatlıq aşkarlayıblar. Qeyd edilir ki, onun müəyyən müddət cəmiyyətdən uzaqlaşacağı gözlənilir. Belə ki, tibb işçiləri istənilən xəbərin İvanişviliyə pis təsir edəcəyindən qorxurlar.