İvanişvilidən ermənilərə zərbə

ivanisviliden-ermenilere-zerbe
Oxunma sayı: 646

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla ölkənin reinteqrasiya üzrə dövlət naziri Paata Zakareişvili çıxış edib: “Dəmiryol xəttinin açılması məsələsi Abxaziya tərəfinin ona maraq göstərməməsindən sonra bağlandı. Bundan başqa, abxazlar qeyd etdilər ki, bu onların maraqlarına xidmət etmir. Bu səbəbdən də bu ideya başa çatdı”.

Qeyd edək ki, söhbət Gürcüstanın separatçı Abxaziya bölgəsindən keçən və 20 il əvvəl dağıdılmış dəmir yolunun açılmasından gedirdi. Bu dəmir yolu açılacağı təqdirdə, Rusiyadan Ermənistana dəmir yoluyla yüklərin daşınması xeyli asanlaşacaqdı.