İvanişvilidən Saakaşviliyə jest

ivanisviliden-saakasviliye-jest
Oxunma sayı: 644

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Bidzina İvanişvili bəyan edib ki, o, parlamentin və hökumət başçısının səlahiyyətlərinin genişləndirilməsini sürətləndirməyi planlaşdırır.

“İmpiçment olmayacaq. Heç kim təəccüblənməsin. Konstitusiya dəyişikliyində hüquqi proseslər başlanacaq. Bu proseslər ondan ibarət olacaq ki, prezident seçkilərinə qədər Konstitusiyada parlamentin və baş nazirin səlahiyyətlərinin artırılması, buna müvafiq olaraq prezidentin səlahiyyətlərinin azaldılması istiqamətində dəyişikliklər olacaq”.

Onun sözlərinə görə, prezident seçkiləri Konstitusiyaya uyğun olaraq 2013-cü ilin oktyabr ayında keçiriləcək.

İvanişvili onu da əlavə edib ki, Konstitusiyasada dəyişikliklər üçün Gürcüstana Amerika və Avropadan ekspertlər dəvət olunacaq.