İvanişvilidən Virciniyadakı şirkətlərlə bağlı - Reaksiya

ivanisviliden-virciniyadaki-sirketlerle-bagli-reaksiya
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, açıqlamada bildirilir ki, hökumət Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçən bir şirkətlə İvanaşvili arasında keçmişdə mövcud olan işgüzar əlaqələrlə bağlı yayılan fərziyyələrlə tanışdır:


“Gürcüstan qanunvericiliyinə uyğun olaraq nazir mülkiyyətində olan bütün aktivlər barədə bəyanat verməlidir. Bidzina İvanişvili isə dəfələrlə bildirib ki, şəffaflığın maksimum təminatı üçün qanunun bütün tələblərinə dəqiq riayət edəcək və şəxsi maliyyə vəsaitləri ilə bağlı ictimaiyyəti məlumatlandıracaq.

2011-2012-ci illər hesabat dövründə Bidzina İvanişvili baş nazir vəzifəsinə namizəd olanda, nazir olandan sonra da yuxarıda göstərilən şirkətdə heç bir paya sahib olmayıb. Onun mülkiyyətində olan indiki aktivlərə gəlincə qanunun bütün tələblərinə müvafiq olaraq bütün informasiya bəyannamədə dərc edilib.

Qeyd edək ki, Britaniyanın “Guardian” nəşri Gürcüstan baş nazirinin Virciniya adalarında gizli ofşor şirkətə sahib olması haqda xəbər yaymışdı.