İvanişvilini “2 alan şagird”ə bənzətdi

ivanisvilini-2-alan-sagirde-benzetdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, prezident Gürcüstanda ədaləti yenidən bərpa edəcəyinə söz verib.

“Yeni hökumət bizim tərəfimizdən təməli qoyulmuş institutlara qarşı ciddi mübarizə aparır. Baş nazirə heç 50 il də vaxt çatmayacaq ki, bizim layihələrimizi dağıtsın”.

Saakaşvili son vaxtlar ölkədə kəskin şəkildə artan həbslərdən də danışıb: “Gürcüstanda həbslərin sayı əvvəl bu qədər deyildi, heç bunun yarı faizini də təşkil etmirdi. Deyirlər ki, guya “Vahid Milli Hərəkat” vaxtında da insanları həbs edirdilər. Birincisi, rəqəmlərə və keyfiyyətə baxın. Gürcüstan kiçik ölkədir, hətta ən ağır dövrdə belə həbslərin sayı çox az idi. Korupsiya və cinayətlə mübarizə aparanlar həbs olunurlar. Əksinə, oğrular həbsxanadan çıxır, korrupsionerlər isə kabinetdə oturur. Siz hələ də düşünürsünüz ki, xalq bunları görmür və heç nə etməyəcək?!”.

Mixail Saakaşvili həmçinin ölkənin avrointeqrasiya kursunun inkişafı üçün olduqca vacib olan Bakı-Tbilisi-Qars dəmiryol magistralının tikintisinin dayandırılması ehtimalının narahatlıq doğurduğunu hesab edir. Trend-in məlumatına görə, bu barədə Saakaşvilinin "Facebook" səhifəsində yerləşdirilən məlumatda deyilir.

Saakaşvili bu bəyanatı Baş nazir və hökumətin mövcud tikinti ilə bağlı sualları yarandıqdan sonra edib.

Prezidentin sözlərinə görə, Baş nazir və hökumətin bu cür təşəbbüsləri ölkəni Avropadan ayırır və Rusiyadan asılılıq yaradır. Saakaşvili qəti şəkildə tələb edir ki, belə məsələlər ictimai müzakirələrin mövzusu olsun.

"Belə mənasız təşəbbüslər dövlətçiliyimizi ciddi təhdid edir", - o qeyd edib.