İvanişvilinin çıxışına şoka düşdü

ivanisvilinin-cixisina-soka-dusdu
Oxunma sayı: 648

ANS PERSS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Gürcüstan prezidenti Mixail Saakaşvili Davosda baş nazir Bidzina İvanişvilinin səsləndirdiyi fikirlərə münasibət açıqlayarkən çıxış edib. İvanişvilinin “Saakaşvili dünyanı aldadıb, Gürcüstana investisiya yatırmaq üçün şərait yoxdur” kimi fikirlərinə təəssüflənən prezident beynəlxalq ictimaiyyətin gözü qarşısında ölkənin aşağılanması məsələsində baş nazirlə qonşu Rusiyanın fikirlərinin üst-üstə düşdüyünü vurğulayıb.

“Düşmənimiz Rusiya maraqlı idi ki, ölkəmiz qeyri-sabit ölkə kimi tanınsın. İndi isə bunu Gürcüstanın baş naziri təkrarlayır. İvanişvli xarici səfərlər zamanı məhz eyni sözləri təkrarlayır. Şübhəsiz ki, bunun nəticəsi o olacaq ki, xarici investorlar ölkəmizə sərmayə yatırmayacaq. Başqa nə gözləmək olar belə çıxışlardan? Hələ gec deyil, cəmiyyət öz qiymətini verməlidir”, - deyə Saakaşvili vurğulayıb.