İvanişviliyə “KQB” - İttihamı

ivanisviliye-kqb-ittihami
Oxunma sayı: 649

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, keçmiş baş nazir Vano Merabişvili ölkənin yeni hökumətinin Silahlı Qüvvələr Birləşmiş Qərargah rəisi Georgi Kalandadze ilə rəftarını tənqid edib.

Merabişvili zabitin gecə həbs olunmasının KQB metodu olduğunu bildirib: “Georgi Kalandadzeni Nazirlər Kabinetində gecə saat 3-də həbs ediblər. Bu sovet KQB-sinin həyata keçirdiyi üsullardan biridir”.

Xatırladaq ki, G. Kalandadze və 4-cü briqadanın komandiri Zurab Şamatava “səlahiyyət həddini aşmaq” ittihamı ilə noyabrın 7-nə keçən gecə həbs olunublar.

Belə ki, gecə yarısı təcili olaraq Müdafiə Nazirliyinə çağırılan Qərargah rəisi elə buradaca həbs olunub. Məlumata görə, Qərargah rəisi və briqada komandiri keçmiş müdafiə nazirinin ifadəsindən sonra tutulublar. Hələlik onlara qarşı rəsmi ittiham irəli sürülməyib.