İvanişviliyə sözünü tutmağı məsləhət etdi

ivanisviliye-sozunu-tutmagi-meslehet-etdi
Oxunma sayı: 637

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Mixail Saakaşvili dünən keçirdiyi brifinqdə bildirib ki, onun hökuməti və parlamenti istefaya göndərmək haqda planları yoxdur.

“Bu cür planım yoxdur və olmayıb. Mənim buna haqqım var idi. Hakimiyyəti onlara güzəşt etməyə bilərdim, lakin bunu etmədim ki, sonra arxamca deyəcəkdilər ki, onlara mane oldum. Hökumətin xalqa verdiyi vədləri yerinə yetirmələri üçün onlara istənilən imkanı yaratmaq istəyirəm”.

Prezident onu da vurğulayıb ki, hazırki hökumətin verdiyi vədlərə əməl edəcəyinə hələ ki, inanmır.

Qeyd edək ki, hazırda Gürtcüstanda qanunverici səviyyədə prezidentin səlahiyyətlərinə aid olan Konstitusiya düzəlişləri paketi müzakirə edilir. Paket prezidentə parlament seçkilərindən sonrakı 6 ay ərzində və öz səlahiyyətlərinin bitməsinə yarim il qalmış parlamenti buraxmaq hüququnu nəzərdə tutub. Bununla birlikdə təklif edilən dəyişikliklərə əsasən, prezident parlamentin razılığı olmadan hökuməti istefaya göndərmə hüququna sahib olmayacaq və özüylə təyin edilmiş Nazirlər Kabinetini (qeyri – müəyyən vaxt) əgər parlament tərəfindən təsdiqlənməsə saxlayacaq.