İxtisas seçimi başladı

ixtisas-secimi-basladi
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədri qeyd edib ki, ixtisas seçimi elan olunduğu vaxtdan iki gün öncə, iyulun 22-də saat 14.00-dan etibarən başlanacaq və internet vasitəsilə avqustun 2-si saat 11.00-dək aparılacaq: “II ixtisas qrupu üzrə bu gün imtahan verən abituriyentlər həmin qrup üzrə imtahanın nəticələri elan olunduqdan sonra iyulun 24-dən etibarən ixtisas seçimi edə biləcəklər. IV ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarını keçmiş abituriyentlər qabiliyyət imtahanlarının nəticələri elan olunandan sonra iyulun 28-dən etibarən ixtisas seçimi edəcəklər”.

M. Abbaszadə onu da bildirib ki, açıq apelyasiya ilə bağlı müraciət edən abituriyentlərin qeydiyyatı iyulun 26 və 27-də TQDK-da aparılacaq. Həmin abituriyentlərin cavab kartlarının qrafik təsvirləri iyulun 27-də saat 14.00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilməyə başlanacaq. Kartın qrafik təsvirinə baxmaq üçün abituriyentlər test imtahanın nəticələri bölməsində öz səhifələrinə daxil olmalıdırlar. Bundan sonra onların hər hansı sualı qalarsa, iyulun 28-də TQDK-da keçiriləcək açıq apelyasiya da əyani olaraq iştirak edə bilərlər.

Nigar Məmmədli