İxtisas seçimində son gün

ixtisas-seciminde-son-gun
Oxunma sayı: 726

Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları (ali təhsil müəssisələrin boş qalan plan yerlərinin müsabiqəsində iştirak hüququ olanlar həmin yerlərlə yanaşı, orta ixtisas təhsil müəssisələrinin də ixtisalarını seçə bilərlər) seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər.

22 avqust saat 11:00-dək abituriyentlərdən 7771 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.

Eldar Tanrıverdiyev