İyulda niyə üşüyürük?

İyulda niyə üşüyürük?
Oxunma sayı: 2171

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva iyulda müşahidə edilən qeyri-sabit hava şəraitini analiz edib. 

 “Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, Avropanın şimalından daxil olan və bu mövsüm üçün nisbətən sərin hava kütlələri və atmosfer cəbhələri havanın qeyri-sabitliyini təmin edib.

İyulun 10-da ölkənin ayrı-ayrı rayonlarında qısamüddətli  yağış  yağacağı gözlənilir. Mülayim  və arabir güclənən qərb küləyi əsəcək.

Əksər mərkəzi Aran rayonlarında  havanın minimal temperaturu 20-25 dərəcəyədək, maksimal temperatur isə 32-37 dərəcəyədək təşkil edəcək. Dağlıq rayonlarda gecə 11-16 dərəcə, gündüz isə 19-24 dərəcə isti olacaq.

Bakı və Abşeron yarımadasında dəyişkən buludlu,  əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Arabir güclənən  şimal-qərb və şimal küləklərinin axşam saatlarında zəifləyəcəyi gözlənilir. 

Havanın temperaturu 30-35 dərəcə təşkil edəcək ki, bu da bu ayın iqlim normasına  yaxındır.

Tibbi-meteoroloji proqnoz

İyulun 11-dən başlayaraq iyulun 12-si günün 1-ci yarısınadək atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi