İzahlı sığorta terminləri lüğəti nəşr olunub

izahli-sigorta-terminleri-lugeti-nesr-olunub-
Oxunma sayı: 862

“Qafqazinfo”nun məlumatına görə, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan Maliyyə Nazirliyi və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə təşkil etdikləri işçi qrupu tərəfindən hazırlanmış Sığorta Terminləri Lüğətində sığorta əməliyyatlarının həyata keçirilməsi, xüsusən də sığorta müqavilələrinin bağlanması və icrası zamanı təcrübədə tez-tez rast gəlinən sığorta sahəsinə aid 100 terminin təfərrüatlı açıqlaması verilib.

Belə ki, lüğətdə əks olunan hər bir terminin beynəlxalq təcrübədə hamı tərəfindən qəbul edilən anlayışı ilə yanaşı, sadə oxucu kütləsi tərəfindən asanlıqla başa düşülməsi üçün təcrübədə rast gəlinən hallarla bağlı müvafiq misallar və ya əlavə izahlar əks olunub. Bundan başqa, lüğətin özünəməxsus cəhətlərindən biri də müvafiq terminin Azərbaycan qanunvericiliyinə daxil olan hansı normativ aktlarda və necə istifadə olunmasının, həmçinin digər ölkələrinin qanunvericiliyindəki və ya beynəlxalq təcrübəyə aid digər mühüm sənədlərdəki anlayışına dair müddəaların da verilməsidir.

Nigar Məmmədli