İzmirdə 49 miqrant ölümdən xilas edildi

izmirde-49-miqrant-olumden-xilas-edildi
Oxunma sayı: 638

İzmirin Məndərəs qəsəbəsinin sahillərində qeyri-qanuni yollardan Yunanıstana keçməyə cəhd göstərən xarici ölkə vətəndaşı 49 nəfər xilas edilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Sahil Mühafizə Xidməti bir qrup qaçqının yardım istəyi qarşısında Özdərə sahillərinə cəlb olunub.

Dənizdən istiqamətləndirilən Sahil Mühafizə qayığı qaçqınların olduğu bərəni dayandırıb.

Bərədəki 16-sı Suriya, 13-ü Anqola, 5-i Mali, 5-i Seneqal, 2-si Cənubi Afrika olmaqla Qabon, Qana, Konqo və Yəmən vətəndaşlarının da aralarında olduğu miqrantlar xilas edilib.

Xarici ölkə vətəndaşları rəsmi prosedurdan sonra İzmir Köç İdarəsinə göndəriliblər.