“İzzət Bağırovun halallığını almışıq” - Video

izzet-bagirovun-halalligini-almisiq-video
Oxunma sayı: 705

Qrup bir zamanlar İzzət Bağırovun ifa etdiyi "Eşqə and içmişdik" mahnısını yeni aranjimanda fərqli şəkildə üzə çıxartdılar.

Onu da deyək ki, bu mahnı bir zamanlar İzzət Bağırova çox böyük uğur gətirmişdi.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən “Abşeron”qrupunun rəhbəri Şəhriyar Məhərrəmov bildirib ki, onlar mahnını yeni aranjimanda, fərqli tərzdə ifa ediblər. Ş. Məhərrəmov onu da söyləyib ki, mahnını lentə almazdan qabaq İzzət Bağırovdan icazə alıblar: “Mahnı ərsəyə gəlməzdən qabaq İzzət Bağırovdan icazəsin aldıq. O da bizə məsləhətlərini və hallalığını verdi. Mahnının bəstəkarı və müəllifinin kim olduğunu soruşanda maraqlı və heç kəsə məlum olmayan bir cavabla qarşılaşdıq. Sən demə bu mahnının böyük tarixi varmış. İzzət Bağırov bu mahnını ilkdəfə türk müğnnisi Emrahın ifasında eşidib və daha sonra özü oxuyub”.

“Abşeron” qrupunun üzvləri ilə söhbət zamanı İzzət Bağırov bildirib ki, sözləri və musiqisi bəlli olmayan "Eşqə and içmişdik" manısının müəllifinin kimliyini bilməsə də kürdlərin olduğunu söyləyib.

Qeyd edəki, İzzət Bağırovla görüşdən çox məmnun olan “Abşeron” qrupu yaxın bir ay ərzində daha 2 yeni mahnı tamaşaçılara təqdim edəcək.

Aynur Babayeva