“Jaguar” ilk elektromobilini təqdim etdi - Video

“Jaguar” ilk elektromobilini təqdim etdi
Oxunma sayı: 1601

İngiltərənin “Jaguar Land Rover” şirkəti özünün “I-Pace” adlı ilk elektromobil modelini təqdim etdi.

“Qafqazinfo” “technote”yə istinadən xəbər verir ki, elektromobil 90 kilovat saat həcmli litium-ion batareyası sayəsində çalışır. Bir dəfə şarj olunmaqla bu elektromobil 480 km yol qətt edə bilir. Şirkətin verdiyi məlumata əsasən 100 kilovat güclü enerji stansiyası sayəsində elektromobil öz enerjisini 40 dəqiqə ərzində, adi ev cərəyan girişi (7 kilovat güc) sayəsində həmin enerji həcmini 10 saat ərzində yığır.

Elektromobil iki ədəd elektromühərrik ilə təchiz olunub. Bu mühərriklər isə ona 394 at gücü verir. Elektromobil saatda 10 km sürəti 4.8 saniyə ərzində yığır. Onun maksimal sürəti isə saatda 200 km-dir.

“I-Pace”in naviqasiya sistemi süni zəka alqoritmlərindən istifadə edir. Elektromobil sürücünü xüsusi brelok və ya smartfondakı Bluetooth sayəsində təyin edir. Şirkət artıq “I-Pace” modelini “Tesla Model X” ilə müqayisə edib və bildirib ki, “I-Pace” öz sürətini yerindən götürmək üzrə “Model X”i üstələyir. Şirkət artıq bu model elektromobil üçün sifarişləri qəbul etməyə başlayıb. Elektromobil S, SE və HSE versiyalarında satışa çıxacaq.

İngiltərədə onun başlanğıc qiyməti 87.000 dollar təşkil edəcək.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi