Jak Şirak məhkəməyə gəlməyəcək

jak-sirak-mehkemeye-gelmeyecek
Oxunma sayı: 642

“Qafqazinfo”nun “lenta.ru” saytına istinadən əldə etdiyi məlumata görə, həkimlər Şirakın yaddaşında problemlər olması barədə rəy veriblər.
Şirak Parisin meri olduğu dövrdə dövlət büdcəsni öz partiyasının hesabına mənimsəməkdə ittiham olunur. Jak Şirak ikinci dünya müharibəsindən sonra məhkəmə önünə çıxarılan ilk fransız liderdir. Əgər Şirakın haqqında irəli sürülən ittihamlar sübuta yetirilsə, onu 10 ilə qədər həbs cəzası və ya 150 min avro cərimə gözləyir. Həyat yoldaşı Şiraka qarşı qaldırılan iddiaları qəbul etmədiyini bildirib.
Jak Şirak 1977-1995-ci illərdə Parisin meri vəzifəsində işləyib.