“Jalqiris”in futbolçusu “Qarabağ”la oynamaq istəyirmiş

jalqirisin-futbolcusu-qarabagla-oynamaq-isteyirmis
Oxunma sayı: 637

Litvanın “Jalqiris” klubunun yarımmüdafiəçisi Mantas Kuklis maraqlı açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o, Çempionlar Liqasının püşkatmasından narazı qaldığını bildirib. 

29 yaşlı təcrübəli futbolçu ÇL-in II təsnifat mərhələsində “Qarabağ” və ya “Partizan”la rəqib olmaq istədiklərini bildirib:

“Fikrimcə, bizim üçün uyğun rəqiblər “Qarabağ” və “Partizan” idi. Amma püşk “Ludoqorets”i bəxtimizə çıxardı. Onlar Çempionlar Liqasında oynamış komandadır. Çətin olacaq. Düzdür, güclü komandalarla matç həmişə maraqlı olur. Amma Azərbaycan və ya Serbiya çempionu daha yaxşı olardı”.