“Jara-2018”in ikinci günündə məşhurların qırmızı xalı keçidi - Fotolar

jara-2018in-ikinci-gununde-meshurlarin-qirmizi-xali-kecidi
Oxunma sayı: 4344

İyulun 27-də “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər.

“Qafqazinfo”nun məlumatına görə, əvvəlcə xalq artisti Emin Ağalarov və övladı Əli qırmızı xalının üzərindən keçiblər. Emin hər kəsə xoş anlar keçirməyi arzulayıb.

Qırmızı xalıdan festivalın təşkilatçısı Sergey Kojevnikov ailəsi ilə, eləcə də Qriqori Leps, The Jigits qrupu, Sevda Ələkbərzadə, Soqdiana, Stas Pyexa, Darya Antonyuk, Azərbaycanın Xalq Artisti Emin Ağalarov və övladı, Kristina Orbakayte, Filip Kirkorov, Valeriya, Araz Ağalarov həyat yoldaşı, qızı və digərləri keçiblər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps və "Russkoye Radio"nun, "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.