“Jara”da daha 3 azərbaycanlı çıxış edəcək

jarada-daha-3-azerbaycanli-cixis-edecek
Oxunma sayı: 3103

İyul ayının sonunda Bakıda keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalında yer alacaq daha üç məşhurumuzun adı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, musiqili gecədə əməkdar artistlər Manana Caparidze, Sevda Ələkbərzadə və müğənni Səmra Rəhimli iştirak edəcək.

Bu barədə ferstivalın rəsmi instaqram səhifəsində məlumat yayılıb. 

Qeyd edək ki, adları çəkilən şəxslərdən başqa konsertdə xalq artisti Aygün Kazımova, Samir Bağırov, “Eurovision- 2018” təmsilçimiz Aysel Məmmədova, gənc ifaçı Cəmilə Haşımova (Jiva) , Rusiyada fəaliyyət göstərən müğənnilər Elman Zeynalov və Sultan Məşədiyev çıxış edəcəklər.