“Jara”nın üçüncü günündə qırmızı xalı keçidi - Fotolar

jaranin-ucuncu-gununde-qirmizi-xali-kecidi
Oxunma sayı: 6970

Azərbaycanın üçüncü ildir ev sahibliyi etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalının üçüncü günü başlayıb.

“Qafqazinfo” xəbər verir ki, festival iştirakçıları qırmızı xalı üzərinə çıxıblar.

“Sea Breeze Resort” istirahət mərkəzində keçirilən bu festivalda çıxış edən tanınmış sənətçilər maraqlı ifaları ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş edir.

Bu gün “Leninqrad” qrupunun konserti olacaq. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcəklər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Foto: Pərvin Zeynal