“Jeep” və “Chrysler” avtomobilləri geri çağırır

jeep-ve-chrysler-avtomobilleri-geri-cagirir
Oxunma sayı: 923

“FCA RUS” şirkəti Rusiyada 3,4 mindən çox "Jeep" və "Chrysler" avtomobilini geri çağırıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna avtomobillərdə ön sərnişinin təhlükəsizlik yastıqlarında qeydə alınan problemlər səbəb olub.

Belə ki, sözügedən qüsur təhlükəsizlik yastıqlarının açılarkən dağılmasına səbəb ola bilər.

Məlumata əsasən geri çağırılma 2004-cü ilin aprelindən 2013-ci ilin mayınadək Rusiyada satılmış “Wrangler” və “Chrysler 300” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.