Joze Alesio yenidən Azərbaycan millisində

joze-alesio-yeniden-azerbaycan-millisinde
Oxunma sayı: 642

Futzal üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, bu vəzifə braziliyalı mütəxəssis Joze Alesio Da Silvaya  həvalə olunub.

Azərbaycan yığmasının və “Araz”ın sabiq baş məşqçisi 3 illik fasilədən sonra millimizə dönüb.
 
Qeyd edək ki, Alesio 2009-2014-cü illərdə də yığmamıza rəhbərlik edib. Millimiz AVRO-2010-da onun  rəhbərliyin altında yarımfinala yüksəlib.