“Junior Eurovision” gələn il bu ölkədə keçiriləcək

junior-eurovision-gelen-il-bu-olkede-kecirilecek
Oxunma sayı: 1028

Polşa gələn il “Junior Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşanın dövlət televiziyasının direktoru Yatsek Kurski Tvitter hesabında yazıb: “Əminəm ki, “Junior Eurovision-2019” uzun illər xatırlanacaq”.

Xatırladaq ki, bu il Minskdə keçirilən müsabiqənin qalibi 13 yaşlı polşalı təmsilçi Roksana Venqel olub. 

“Junior Eurovision”un qaydalarına əsasən, hər növbəti yarışmanın keçiriləcəyi yer qələbə qazanan iştirakçının ölkəsində yox, təqdim olunmuş ərizələr əsasında müəyyənləşdirilir.