Jurnalist ANS-in rəhbərliyini məhkəməyə verir

jurnalist-ans-in-rehberliyini-mehkemeye-verir
Oxunma sayı: 690

Jurnalist Ülviyyə Alovlu fəaliyyəti dayandırılmış “ANS” telekanalını məhkəməyə verir. 

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, bu, onun şirkətə sonuncu xəbərdarlığıdır: “Ha dedim ki, eyibdir, bir az gözləyim, amma görürəm ki, alınmır. Mənim "Şokolad" verilişində aparıcı kimi bir aylıq fəaliyyətimin nəticəsi olaraq məvacibim yaxın 3 gün ərzində ödənilməsə, mən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm!

Ədalət gözləntisində olan ANS-çilər əvvəlcə özlərindən gözlənilən ədaləti bərqərar etsinlər! İki ildir ki - "sabahlarla" başımı bişirməyinizdən təngə gəldim artıq!”.