Jurnalist izlənilir

jurnalist-izlenilir
Oxunma sayı: 703

Bu barədə Seymur Həzi “Azadlıq”a özü məlumat verib. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, naməlum şəxslər onu izləyir. Jurnalist deyib ki, təqibçilər onun arxasınca redaksiyaya qədər gəliblər: “Hətta ”Azərbaycan" Nəşriyyatının birinci mərtəbəsindəki yeməkxanada oturub çay da içiblər. Həmin vaxt mən də orda olmuşam".

Seymur Həzi bildirib ki, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətində deyil: “Bundan əvvəl də izlənilmişəm, oğurlanmışam və bu barədə hüquq-mühafizə orqanları məlumatlı olublar. Oğurlanaraq döyülməyimlə bağlı ”araşdırma" da aparıblar. Lakin heç bir nəticəsi olmayıb. Ümumiyyətlə təcrübə göstərir ki, Azərbaycanda jurnalistlərlə bağlı cinayətlər açılmır. Ona görə də hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətim yoxdur. Amma bu məsələ ilə maraqlanmaq istəsələr, ifadə verə bilərəm".
13 fevral, axşam saatlarında, bu xəbər musavat.com-da yayıldıqdan az sonra isə məsələ ilə bağlı gəlişmə olub. Seymur Həzi müxbirimizə deyib ki, onun telefonuna Abşeron rayon polis idarəsindən bundan əvvəlki cinayət işini aparan Abdulla adlı müstəntiq zəng edib. Jurnalisti sabah saat 10-da DİN-ə çağırıblar. Seymur Həziyev müxbirimizə bildirib ki, göstərilən saatda nazirliyə gedəcək.

musavat.com