Jurnalist qəza törətdi

jurnalist-qeza-toretdi
Oxunma sayı: 661

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakının Xətai rayonu, Naximov küçəsində qeydə alınıb. İbrahim Rüstəmov idarə etdiyi “Nissan Qashqai” markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə o, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Qəza zamanı maşında sürücünün qızı da olub. Lakin o xəsarət almayıb.

Polisdən həmçinin bildirilib ki, qəza törədən sürücü İ. Rüstəmov “Azərbaycan Ordusu” qəzetində baş redaktor müavinidir. O, mayor hərbi rütbəsi daşıyır.

Faktla bağlı araşdırma aparılır.