Jurnalistə 2 aylıq həbs

jurnaliste-2-ayliq-hebs
Oxunma sayı: 658

Aydın Canıyev sentyabrın 8-də Lənkaranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib.

Jurnalistin qardaşı Şahəddin Canıyev “Media forum” saytına bildirib ki, Aydın Canıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi üzrə cinayət işinə başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Cinayət Məcəlləsinin 221.2.2-ci (İctimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi 2 ilədək islah işlərini və ya 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Aydın Canıyev 1968-ci ildə Lənkəranda doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin bir çox populyar nəşrlərinin reportyoru, köşə yazarı olub.