Jurnalisti öldürüb dənizə atdı - Hazırda cəsədi axtarılır

jurnalisti-oldurub-denize-atdi
Oxunma sayı: 716

Xəbər verdiyimiz kimi, avqustun 10-da İsveçli jurnalist Kim Vall danimarkalı araşdırmaçı Peter Madsenlə sualtı gəmidə reportaj hazırlamaq istəmiş və həmin gündən sonra itkin düşmüşdü.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisədə şübhəli olaraq saxlanılan gəminin sahibi Peter Madsen bu gün məhkəmədə xanım jurnalisti  öldürdükdən sonra dənizə atdığını etiraf edib.

“Dənizdə olarkən gəmidə hadisə baş verdi və Kim Vall öldü. Mən də cəsədi dənizə atdım”, - deyə Madsen bildirib.

Hazırda dalğıclar Köge qəsəbəsi yaxınlığında cəsədi axtarırlar.