Jurnalisti şantaj etdilər

jurnalisti-santaj-etdiler
Oxunma sayı: 648

Sözügedən zərfin içində başı görünməyən çılpaq qadın şəkli, Yafəz Əkrəmoğlunun adına yaradılan saxta Facebook profilindən götürülmüş guya hansısa qadınla intim yazışmanın çap variantı, bir ədəd də CD olub. CD-də kimlikləri bilinməyən qadınla kişi arasında pıçıltılı intim söhbətlərin yer alır. Bu hadisədən bir neçə saat sonra Yafəz Əkrəmoğlunun istifadə etdiyi mobil telefona özlünü Naxçıvan MR MTN-in əməkdaşı kimi tanıdan bir şəxs tərəfindən zəng gəlib.

Jurnalist iki dəfə onun adından saxta profil yaradıldığını və həmin profillərdən şəbəkə istifadəçilərinə məktublar göndərildiyini deyib. Bu profillər aşkarlandığı zaman Yafəz Əkrəmoğlu onların saxta olduğunu Facebook şəbəkəsində elan etmişdi.

«HARASA MƏLUMAT VERSƏN, ÖZÜNÜ VƏ AİLƏNİ ÖLMÜŞ BİL...»

Yafəz Əkrəmoğlunun sözlərinə görə, zəng edən şəxs zərfi onların göndərdiyini bildirib:

«Mənə dedi ki, sən Naxçıvan haqda tənqidi araşdırma və reportajları dayandırmalısan. Yoxsa sənə göndərdiklərimiz İnternetdə yayımlanacaq. Cavab verdim ki, istədiyinizi yayın, göndərdiklərinizin hamısının saxta olduğu göz qabağındadır. Buna heç kim inanmaz. Daha sonra zəng edən şəxs “Naxçıvanın birinci şəxsi”nin adından danışaraq mənə bütün maddi problemlərimi çözəcəklərini və istədiyim məbləğdə pul verə biləcəklərinin dedi. Mən təhdid və şirnikləndirici vədlə razılaşmayandan sonra o, başqa cür hədə-qorxuya başladı və dedi ki, son texnologiyanın köməyi ilə sənin görüntülərini elə montaj edərik ki, hər kəs inanar. Bundan da qorxmadığımı bildirəndə ailəmi təhdid etməyə başladı: “sənə gələn məktub və telefon zəngi haqda harasa məlumat versən, özünü və ailəni ölmüş bil».

AzadlıqRadiosu Yafəz Əkrəmoğluna qarşı şantaj və hədənin araşdırılması, onun və ailəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı DİN, MTN və Respublika Prokurorluğuna yazılı müraciət edib.

Yafəz Əkrəmoğlu dəfələrlə təqibə və təzyiqə məruz qalıb. 2012-ci ilin noyabrında da o, ünvanına olan hədələrlə bağlı polisə müraciət edib. O zaman müxbiri hədələyən şəxslərin telefon nömrələri təqdim olunsa da, hüquq-mühafizə orqanları bu təhdidlərlə bağlı hər hansı tədbir görməyiblər.