Jurnalistin başını kəsən repçi çıxdı

jurnalistin-basini-kesen-repci-cixdi
Oxunma sayı: 2108


“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, "Tayms" qəzeti Suriyada bir müddət əvvəl girov götürülmüş jurnalist Ceymz Folini edam edən şəxsin əvvəllər repçi olmuş Əbdül Məcid Əbdül Bari adlı şəxsin ingiltərə vətəndaşı olduğunu yazıb. 

O, 2013-cü ildə Suriyaya döyüşməyə yollanmazdan əvvəl London bir rep qrupunun üzvü olub. Kəşfiyyat məlumatlarına görə, həmin gənc cəllad təxminən bir il əvvəl Londonda bir milyon funt dəyərində olan malikanədə yaşayıb. Hazırda döyüşçülər arasında "Cihadi Con" ləqəbi ilə tanınır.

Qəzetin məlumatına görə, jurnalisti edam etməkdə şübhəli bilinən Məcid Əbdül Bari bundan əvvəl "Tvitter"də kəsilmiş başı əlində tutduğu fotoşəklini paylaşıb.