Jurnalistin qardaşını döyüblər

jurnalistin-qardasini-doyubler
Oxunma sayı: 855


Bu barədə musavat.com-a məlumat verən E.Məmmədlinin sözlərinə görə, hadisə iki-üç gün öncə baş verib. Ceyranbatana qonaq gələn Şamil Məmmədov maşınını binanın qarşısında bir küncdə saxlamaq istərkən binada yaşayan Şamil adlı şəxs ona mane olub, burada maşın saxlamaması barədə göstəriş verib. Qonaq Şamil özünü tanıdıb, Elşad Məmmədlinin qardaşı olduğunu bildirib, ancaq yerli sakin təhqiramiz şəkildə heç kəsi tanımadığını, kriminal jarqonla buranın "polojeniyasına özünün baxdığını" bildirib və tərəflər arasında qovğa böyüyüb. 

E.Məmmədli bildirir ki, idman məşqçisi olan və qəsəbədə gənclərə döyüş fəndləri öyrədən Şamil öz fiziki üstünlüyündən istifadə edərək qonaq Şamili vəhşicəsinə döyüb. Ağır xəsarətlər alan qonağı Sumqayıt şəhərindəki travmatologiya xəstəxanasında tibbi yardım göstəriblər və ambulator müalicə təyin ediblər.

"Yeni Müsavat"ın redaktoru bildirir ki, o, özünü kriminal ünsürlər kimi aparan qonşusunun törətdiyi əmələ görə onunla və atasıyla söhbət edib, ancaq idmançı şəxs üzr istəmək əvəzinə "əcəb eləmişəm" deyib və ona görə də E.Məmmədli hüquq-mühafizə orqanlarına şikayət edib. 

E.Məmmədli deyir: "102 xidmətinə də müraciət etmişəm, DİN-in elektron poçtuna ərizə də göndərmişəm. Hazırda Abşeron rayon polis şöbəsi rəisinin qəbulundayam. Heç nə üstündə insanlara ağır xəsarət yetirən qoçuların cəzasız qalmasına imkan vermək olmaz. Onlar cəmiyyət üçün təhlükəli insanlardır. Bundan əvvəl dəfələrlə bu cür hadisələr törətdikləri kimi, bundan sonra da başqalarının sağlamlıqlarına zərbə vuracaqlar".