Jurnalistin qardaşının evi soyuldu - Fotolar

jurnalistin-qardasinin-evi-soyuldu
Oxunma sayı: 2606

Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi soyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Lider TV"nin Xəbərlər departamentinin prodüseri olan Dərziyeva sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, qardaşının evinə oğrular girir:

“Rayona istirahətə gedirsən və döndüyün zaman "gözəl" bir mənzərə ilə rastlaşırsan! Qardaşım Vüqar Dərziyevin evini alt-üst edib, qızıl-zinyət əşyalarını oğurlayıblar! Hazırda Binəqədi rayon 6-cı polis bölməsinin əməkdaşları, ekspertiza qrupu buradadı. Artıq 2-ci dəfədir ki, qardaşımın evi qarət olunur. Qonşuların sözlərinə görə, son 3 ay ərzində artıq neçənci evdir ki, yarırlar!”.