Jurnalistlər arasında müsabiqə elan edildi

jurnalistler-arasinda-musabiqe-elan-edildi-
Oxunma sayı: 642

Şərtlərə əsasən hər bir media nümayəndəsi yalnız bir material təqdim edə bilər. Qəzet və jurnal yazıları son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi «Qara Siyahı»ya düşməyən mətbu orqanlarda dərc edilməlidir. Tələb olunan sənədlər sırasına jurnalistin əmək kitabçasının işlədiyi media orqanı tərəfindən təsdiq edilmiş surəti, şəxsi VÖEN surəti və şəxsi bank rekvizitləri daxildir. Müsabiqənin iştirakçıları müsabiqə materiallarını yazılı və elektron media orqanlarında çap olunduqdan, televiziya və radioda efirə getdikdən sonra 2011-ci il dekabrın 25-dək AHİK-in elektron ünvanına ([email protected]), yazılı mətnlər CD-də, video süjetlər isə DVD-də olmaqla AHİK-ə (Bakı, AZ1005, Gənclər meydanı, 3) təqdim edilməlidir. Qəzet və jurnallarda çap olunmuş yazı A-3 formatlı qəzetin bir səhifəsi (11 min çap işarəsi) həcmində, televiziya və radioda efirə gedən sujet isə 4-5 dəqiqə həcmində olmalıdır. Müsabiqəyə təqdim olunmuş məqalələr və video sujetlər AHİK-də yaradılmış münsiflər heyəti tərəfindən 2012-ci ilin yanvar ayı ərzində qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir. Qaliblərə diplomlar və aşağıda göstərilən miqdarda pul mükafatları təqdim olunacaqdır:

Birinci yer – 3 nəfər – hər biri üçün 1000 manat

İkinci yer – 8 nəfər - hər biri üçün 500 manat

Üçüncü yer – 10 nəfər - hər biri üçün 300 manat