Jurnalistlər “Eurovision-2012”ni müzakirə edəcək

jurnalistler-eurovision-2012ni-muzakire-edecek
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, toplantıda “Eurovision 2012” mahnı müsabiqəsinə hazırlıq işlərinin gedişi, nəzərdə tutulan yeniliklər barədə danışılacaq. Təkcə, “Eurovision”un Azərbaycana nə verəcəyi deyil, həm də yarışmanın Azərbaycana nə gətirəcəyi barədə müzakirələr açılacaq.

Bu cür nüfuzlu müsabiqənin Bakıda keçirilməsi ölkəmizin tarixi və mədəniyyətinin təbliği, Azərbaycanın Avropaya inteqrasiyası baxımından hansı təsirə malik olacaq? “Eurovision”nun uğuru Bakıya 2012-ci ilin Olimpiya oyunlarına da ev sahibliyi etmək uğrunda kömək göstərəcəkmi? Klubda bu və digər suallar ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə həmçinin “Eurovision”la bağlı bir neçə süjet nümayiş etdiriləcək. Müzakirələrdən sonra qonaqların çay süfrəsi arxasında söhbəti davam etdirmək imkanı olacaq.

Tədbir saat 15.00-dan 17.00-dək “Avropa” otelinin “Bakı” zalında keçiriləcək.

Nigar Məmmədli