Jurnalistlər məhkənə zalından çıxarıldı

jurnalistler-mehkene-zalindan-cixarildi
Oxunma sayı: 1723

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal"  qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.   

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə təqsirləndirilən İlahə Qasımova ifadə verərkən hakim iclasın qapalı keçirilməsinə qərar verib. Buna görə də jurnalistlər zaldan çıxarılıb. Proses davam edir.

Murad Əhməd